Cəmiyyət

Özünü vəzifəli şəxs kimi təqdim edən şəxs Ali Məhkəməyə müraciət etdi

Sharing is caring!


Özünü vəzifəli şəxs kimi təqdim edərək bir neçə şəxsə qarşı külli miqdarda dələduzluq etməyə cəhddə və rüşvətə təhrik etmədə təqsirləndirilən Fərid Kərimlinin barəsindəki hökmdən Ali Məhkəməyə kassasiya şikayəti verilib. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası martın 5-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum olunub. Hökmə əsasən, F.Kərimli məhkəmə zalında həbs olunub.

İttihama görə, əvvəllər məhkum olunmuş Fərid Fərəməz oğlu Kərimli Aygün Mirzəyevaya 35 min və Cəmil Quliyevə qarşı isə 20 min manat məbləğində dələduzluğa cəhd edib.

Ona qarşı Cinayət Məcəlləsinin dələduzluğa cəhd, rüşvətə təhrik etmə, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə maddələri ilə ittiham elan olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir