Cəmiyyət

Salyanda qəza: Xəsarət alanlar var

Sharing is caring!


Salyanda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi bir neçə nəfərin yaralanması ilə nəticələnib.

“Report”un məlumatına görə, hadisə bu gün axşam saatlarında Dayıkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Jiquli” markalı avtomobil digər avtomobillə toqquşub. Qəza nəticəsində rayonun 2007-ci il təvəllüdlü Müşfiq Hilal oğlu Əzizov və Cəlilabad rayon sakini 2000-ci il təvəllüdlü Cəmil İbad oğlu Əzizov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir