Cəmiyyət

Atası atıb gedib, anası xadiməlik edir: Balaca Məhəmmədin sizin dəstəyinizə ehtiyacı var – FOTO

Sharing is caring!


Doqquz yaşlı Məhəmmədin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Aynur Dəmirova məlumat verib.

O bildirib ki, övladı drepanotalassemiya xəstəliyindən əziyyət çəkir.

“Məhəmmədin doqquz yaşı var. Drepanotalassemiya xəstəliyindən əziyyər çəkir. Xəstəliyini bildiyimiz ilk gündən müalicələrini vaxtı-vaxtında etsək də, artıq bunu davam etdirmək üçün imkanımız yoxdur. Övladımın müalicəsi üçün aylıq 600 manata ehtiyacımız var”.

Aynur Dəmirova övladlarını tək böyütdüyünü deyib.

“Övladlarımın atası bizi atıb gedib. İki uşaqla tək başıma mübarizə aparırıam. İş düşdükcə evlərə təmizliyə gedirəm. Amma inanın aylıq heç 300 manat etmir. Yardımsevər şəxslərdən övladıma dəstək olmaqlarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (099) 728-42-39
Uni Bank: 5243 7544 4711 1681.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir