Cəmiyyət

Sabirabadda iki avtomobil toqquşub: Xəsarət alanlar var

Sharing is caring!


Sabirabad rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi bir neçə nəfərin xəsarət alması ilə nəticələnib.

“Report”un məlumatına görə, hadisə rayonun Yaxadəllək kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” markalı avtomobil digər avtomobillə toqquşub.

Qəza nəticəsində Abşeron rayon sakini 1990-cı il təvəllüdlü Günel Eldar qızı Bayramova və Şirvan şəhər sakini 1986-cı il təvəllüdlü Gülnar Rafiq qızı Səmədova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir