Cəmiyyət

Beş yaşlı Banunun dəstəyə ehtiyacı var: “Müalicələrini davam etdirə bilmirik” – FOTO

Sharing is caring!


Beş yaşlı Banunun sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Fəridə Məmmədsanova məlumat verib.

O bildirib ki, övladı beta-talassemiya xəstəliyindən əziyyət çəkir.

“Banunun beş yaşı var. Artıq bir neçə ildir beta-talassemiya xəstəliyindən əziyyət çəkirdi. Dekabr ayında sizin saytın izləyicilərinin dəstəyi ilə Türkiyədə yerləşən xəstəxanalardan birində ilik köçürmə əməliyyatı olunub”.

Gənc ana övladının hazırda müalicələrə ehtiyacı olduğunu deyib:

“Banunun donoru Türkiyə vətəndaşı idi. Əməliyyat da elə Türkiyədə oldu. Əməliyyat üçün 83 000 dollar ödəniş etdik. Bəlkə 10 000 dollara yaxın da əlavə xərclərimiz çıxdı. Hazırda demək olar ki, pulumuz yoxdur. Banunun müalicələrini davam etdirə bilmirik. Biz övladımızın səhhətinin ən çətin dövrünü keçmişik. Hazırda müalicə üçün 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm”.

Bank Respublika: 4244 4848 4301 6233

Ailə ilə əlaqə: (070) 846-49-80

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir