Cəmiyyət

Vəkillər Kollegiyası: “Səkkiz vəkilin hərəkətlərində pozuntu aşkarlanıb”

Sharing is caring!


Vəkillər Kollegiyasında keçirilən İclasda 21 müraciət əsasında başlanılan intizam icraatları üzrə işlərə baxılıb.

Bu barədə Oxu.Az-a kollegiyadan məlumat verilib.

Bildirilib ki, cari ilin fevral ayının 23-də Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib.

İclasda 21 müraciət əsasında (onlardan üç müraciət eyni icraatda olmaqla) başlanılan intizam icraatları üzrə 18 işə baxılıb, beş iş əlavə araşdırma aparılması üçün təxirə salınıb, 13 iş üzrə səkkiz intizam işi üzrə vəkil hərəkətlərində pozuntunun olması, bir intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması, iki intizam işi üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması, iki intizam işi üzrə icraata xitam verilməsinə dair Rəyasət Heyəti qarşısında məsələ qaldırılması ilə bağlı rəylər qəbul olunub.

Müvafiq rəy qəbul edilən işlərin 11-i fiziki şəxslərdən, biri məhkəmədən, biri isə hüquq-mühafizə orqanından daxil olan müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir