Cəmiyyət

Ermənilər tərəfindən dırnaqları çıxarılan, barmaqlarına köz vurulan gitaraçı saxlandığı həbsxanada – VİDEO

Sharing is caring!


“Qollarımdan tutub dırnaqlarımı kəlbətinlə çıxarmağa çalışırdılar. Soyuqdan titrəyirdim, həm də bacardığım qədər onlara güc gəlmək istəyirdim. Axırda istədiklərini etdilər, dırnağımı kəlbətinlə tutub çıxardılar”.

Bu sözləri İctimai TV-nin efirində Xocalı soyqırımı zamanı əsir düşən, işgəncələrə məruz qalan Xocalı sakini deyib.

“Əllərindən çıxıb odun sobasına dəydim. Məni məcbur etdilər ki onu düzəldim. Əynimdəki köynəyi qoluma bağlayıb düzəltmək istəyəndə anladılar. Əllərimlə yanar sobanı düzəltdirdilər mənə. Gördülər ki, əllərim yanıb, əllərimdən su axır, yenidən əllərimi tutub sobaya basdılar. Sonrasını isə xatırlamıram, huşumu itirmişəm”, – deyə, o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir