İdman

Dövlət qurumlarının əməkdaşları arasında stend atıcılığının sportinq növü üzrə yarışlar başa çatdı – FOTO

Sharing is caring!


Gənclər və İdman Nazirliyi (GİN), Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında keçirilən stend atıcılığının sportinq növü üzrə yarışlara yekun vurulub.

Nazirlikdən verilən məlumata görə, 44 qurumdan 166 əməkdaşın (120 kişi, 46 qadın) iştirak etdiyi yarışın yekun nəticələrinə görə fərdi yarışlarda qadınlar arasında birinci yerə Gənclər və İdman Nazirliyinin (DİN) əməkdaşı Qumru Məmmədova, ikinci və üçüncü yerlərə isə Daxili İşlər Nazirliyinin əməkdaşları Həqiqət Atayeva və Gülnarə Burziyeva layiq görülüblər.

Kişilərin yarışında Fərid Bayramov (Ədliyyə Nazirliyi), Şahin Məmmədov (Fövqəladə Hallar Nazirliyi), Elşən Lalayev (SOCAR) ilk üçlükdə qərarlaşıblar.

Komanda yarışlarında qadınlar arasında DİN birinci olub. GİN yarışı ikinci, Meliorasiya və Su Təsərrüfatı ASC isə üçüncü pillədə başa vurublar. Kişilər arasında DİN birinci, Ədliyyə Nazirliyi ikinci, SOCAR isə üçüncü pillədə qərarlaşıblar.

Qarışıq komanda yarışlarında DİN, Maliyyə Nazirliyi və GİN fərqləniblər.

Sonda qaliblər mükafatlandırılıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir