Cəmiyyət

Biləsuvarda əkin sahələrində gəmiricilər artıb – FOTO

Sharing is caring!


Biləsuvar rayonunda əkin sahələrində siçanabənzər gəmiricilərin artdığı müşahidə olunur.

Dövlət Aqrar İnkişaf Mərkəzindən “Report”a verilən məlumata görə, qurum tərəfindən gəmiricilərə qarşı mübarizə tədbirləri aparılır.

Belə ki, fermerlərin müraciəti əsasında cari il ərzində 1 325 hektar sahə üçün müvafiq kimyəvi preparat (sink-fosfid) onlara təhvil verilib. Daha çox gəmiricilər taxıl və yonca sahələrində müşahidə olunur. Kimyəvi mübarizə tədbirləri ardıcıl və kütləvi aparılmalıdır ki, daha effektiv olsun.

Həmçinin vurğulanıb ki, ötən il və cari ilin bu günə qədər əkin sahələrində çəyirtkə müşahidə olunmayıb.

Bu il gəmiricilərin çoxalmasına səbəb suvarmada olan bəzi çətinliklərdir. Bu problem onların artmasına şərait yaradıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir