Cəmiyyət

Qəbələdə avtobusla mikroavtobus toqquşub, xarici ölkə vətəndaşı xəsarət alıb

Sharing is caring!


Qəbələ rayonunda əcnəbi vətəndaşın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə Qəbələ şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobus digər bir avtobusla toqquşub. Nəticədə “Mercedes Vito”da olan Küveyt vətəndaşı, 1983-cü il təvəllüdlü Farah Alrefaei Hmsye müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, qəzaya səbəb yolun buzlu olmasıdır.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir