Cəmiyyət

Dohada Dövlət Rəqs Ansamblının möhtəşəm konserti olub – FOTO/VİDEO

Sharing is caring!


Dünən Dohada Azərbaycan Dövlət Rəqs Ansamblının alovlandırıcı konserti olub.

Oxu.Az-ın məlumatına görə, konsert Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qətərdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində baş tutub.

Çoxsaylı tamaşaçıların marağına səbəb olan konsertdə “Köhnə qazağı”, “Toy rəqsi” və digər xalq rəqsləri təqdim olunub. Onlardan bəziləri yeni quruluşda ifa edilib.

Hər bir ifa səhnədə baş verənləri heyranlıqla izləyən tamaşaçıların gurultulu alqışları ilə başa çatıb.

Ansamblın bədii rəhbəri, Xalq Artisti Rüfət Xəlilzadə Oxu.Az-la söhbətində qeyd edib ki, belə bir heyətlə – ölkənin ən yaxşı kollektivlərindən bir ilə səfər çox sevindirici haldır.

“Azərbaycanı Qətərdə təmsil etmək bizim üçün şərəfdir. Bu günlər ərzində hər bir solistimiz Doha tamaşaçısının Azərbaycan mədəniyyətini hər zaman xatırlaması üçün əlindən gələni etdi. Axı xalqın tarixini, adət-ənənəsini, mədəniyyətini çatdıran sənətdir” , – deyə o bildirib.

Qeyd edək ki, fevralın 21-dən 24-dək Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Dohanın müxtəlif məkanlarında müxtəlif tədbirlər keçirilib.

Frangiz Ağalarova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir