Cəmiyyət

Yatmağa yer tapmayan 10 uşaqlı ailə: “Sayı əvvəlcədən planlamışdıq” – VİDEO

Sharing is caring!


Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında Salyanda yaşayan çoxuşaqlı ailədən bəhs olunub.

Şəraitsiz vəziyyətdə 10 uşaq böyüdən 37 yaşlı atanın sözlərinə görə, çoxuşaqlı ailə sahibi olmaq onun arzusu olub:

“Həyat yoldaşımla sevib ailə qurmuşuq. Evlənəndə qərar vermişdik ki, 10 övladımız olsun. Özüm də çoxuşaqlı ailədə dünyaya gəlmişəm. Atamın iki həyat yoldaşından 13 uşağı olub”.

Sonuncu övladını iki həftə əvvəl dünyaya gətirən ana isə deyir ki, evdəki vacib əşyalar uşaqların sayına uyğun deyil:

“Uşaqlar bir-birlərinin paltarlarını geyinirlər. Elə vaxt olur ki, geyimlər qurumur. Ona görə də paltarsız qalırlar. Çarpayıları yoxdur deyə yerdə yatmalı olurlar. Yeməyi süfrə salıb yeyirik”.

Qeyd edək ki, uşaqlar məktəb paltarı və digər ehtiyaclar səbəbindən dərslərdən də kənar qalıblar. 

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir