Cəmiyyət

Andrea Makkaniko: “İtaliya Ticarət Agentliyi COP29-da iştirak etməyi planlaşdırır”

Sharing is caring!


“İtaliya Ticarət Agentliyi (İTA) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməyi planlaşdırır”.

Bu barədə “Report”a müsahibəsində İTA-nın Bakıdakı direktoru Andrea Makkaniko deyib.

“İşimizin nədən ibarət olacağını başa düşmək üçün COP29-un keçirilməsinə məsul olan şəxslərlə görüşlər keçirəcəyik. Çünki bu konfransda bir çox işgüzar məsələlər müzakirə olunacaq. Şirkətləri qəbul etmək, imkanlarımızın təşviqi və iqlim dəyişikliyi ilə bağlı tədbirlərin keçirilməsi üçün bu dövrdə maliyyə vəsaiti ayrılacağı gözlənilir. Əlbəttə, bu qəbildən işlərin sayı çoxdur”, – o bildirib.

İTA direktoru əlavə edib ki, Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov bu yaxınlarda Siciliyada olub, COP29-a dəvət etmək üçün iş adamları ilə görüşüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir