Cəmiyyət

Bakıda maşından 4000 manatlıq saat oğurlanıb

Sharing is caring!


Bakıda maşından 4 min manatlıq saat oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Xətai rayonu ərazisində BMW markalı avtomobildən 300 ABŞ dolları və 4000 manat dəyərində qol saatının oğurlanması barədə polisə məlumat daxil olub.

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Elşad Şirinov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir