Cəmiyyət

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir – VİDEO

Sharing is caring!


“YAŞAT” Fondu Vətənin azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə dəstək olmağa davam edir.

Bu barədə “YAŞAT” Fondu məlumat yayıb.

Bildirilib ki, mehriban, mərd qəhrəmanımız Qəzənfər Abdullayev 1993-cü il mayın 10-da Samux rayonunun Ziyadlı kəndində anadan olub. Hərbçi olmaq uşaqlıq arzusu olub və daim bu yolda irəliləyib. 2020-ci ilin sentyabrın 27-də Kəlbəcər, Murovdağ uğrunda gedən döyüşlərə qatılıb və həmin istiqamətdə gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunaraq adını qəhrəmanlıq tarixinə yazdırıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir