Cəmiyyət

Bakıda arvadına və qızına şiddət göstərən şəxsin cəzası nə olacaq? – FOTO/VİDEO

Sharing is caring!


Bu gün Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında Bakıda kişinin arvadına və azyaşlı qızına şiddət göstərməsi ilə bağlı görüntülər yayıb.

K.Ağazadə bildirib ki, ata mütəmadi olaraq arvadına və üç qızına şiddət göstərir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub:

“Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir”.

Hadisəni törədən şəxsi hansı cəza gözləyir?

Hüquqşünas Cavid Babayev Oxu.Az-a açıqlamasında bildirib ki, ümumilikdə cinayət hadisəsinin hansı xarakterli olması, ağırlığı və hansı şəraitdə törədildiyi ibtidai araşdırmanın nəticəsi ilə müəyyən olunur:

“Çəkilən görüntüdə qeydə alınan zorakı hərəkətlərin mütəmadiliyi və ağırlığı Cinayət Məcəlləsinin 133-cü maddəsi ilə tövsif oluna bilər. Belə ki, Cinayət Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə nəticələnə bilər.

Eyni zamanda, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin 2.1-ci və 2.4-cü ağırlaşdırıcı bəndlərinə əsasən isə təyin oluna biləcək cəza iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə əhatə olunur”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir