Cəmiyyət

Komitə rəsmisi: “Valideynlər bəzən şiddət hallarını ört-basdır edirlər”

Sharing is caring!


“Qanunvericilikdə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya tərəfindən zərərçəkən və bullinq edən uşaqların cəmiyyətə yenidən qaytarılması istiqamətində reabilitasiya proqramı hazırlanmalıdır”.

Oxu.Az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüququ şöbəsinin müdiri Taliyə İbrahimova deyib. 

O bildirib ki, bu proseslərdə ailə vəziyyəti, valideynlərlə münasibəti və yeniyetmənin mövcud psixoloji durumu nəzərə alınaraq reabilitasiya tətbiq edilə bilər:

“Hər şey ailədən başlayır, ailə mühiti nəzərə alınmalıdır. Araşdırılmalıdır ki, o uşağı bu cür neqativ hərəkətlərə vadar edən nədir. Yaxşı olardı ki, bu hallar yaşanmamışdan öncə qarşısı alınardı. Belə görünür ki, bu hallar daha əvvəl də olub. Bu, sadəcə özbaşınalıqdır. Dərk edilmədən atılan addımdır. Ya onlar özləri bullinqə məruz qalır, ya da kimlərisə bullinqə məruz qoyurlar. Bu hallar təkrarlana bilər. Hətta mənə bayaq bir video da göstərdilər ki, başqa bir uşaqla bağlı da görüntülər yayılıb. Mən çox üzülürəm. Belə halların yaşanmaması üçün addımlar atılmalıdır. Valideynlərlə ciddi danışıqlar aparılmalıdır, təlim-tərbiyə prosesində hansı boşluqlar varsa, tapılmalı və düzəldilməlidir. İctimai qınağa məruz qalmamaq üçün valideynlər bəzən bu cür halları ört-basdır edirlər”.

“Bəzən uşaqların heyvanlar üzərində neqativ, aqressiv hallara yol verdiyinin şahidi oluruq. Bu, özü siqnaldır. Əgər uşaq heyvana qarşı bu davranışları edirsə, onunla vaxtında psixoloq işləməlidir. Valideyn bu halı diqqətdən kənarda qoymamalıdır. Hətta uşaq oyuncaqlarına qarşı da aqressiv davranırsa, valideyn o uşaqla bağlı psixoloqa müraciət etməlidir”, – deyə Taliyə İbrahimova qeyd edib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir