Cəmiyyət

Bakıda silah və narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıblar – FOTO/VİDEO

Sharing is caring!


Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü Kamran Abuzərov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Həmin şəxsdən “Makarov” markalı tapança, bir ədəd patron darağı və səkkiz ədəd patron götürülüb. K.Abuzərov silahı bir müddət əvvəl əldə etdiyini və satmaq niyyəti ilə özündə saxladığını bildirib.

Nəsimi RPİ-nin 21-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Məmməd Vəliyev saxlanılıb. Ondan satmaq məqsədilə əldə etdiyi 1 kiloqram 950 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. 

Həmçinin Nəsimi RPİ-nin əməkdaşları tərəfindən son günlər keçirilən tədbirlər zamanı müxtəlif şəxslərdən ümumilikdə iki ədəd “Kalaşnikov” avtomatı, beş ədəd “Makarov” konstruksiyalı tapança, 60 ədəd patron, yeddi ədəd patron darağı əməliyyat yolu ilə aşkar edilərək götürülüb. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir