Cəmiyyət

Hacıqabulda iki avtomobil toqquşub: Yaralılar var

Sharing is caring!


Hacıqabulda iki minik avtomobili toqquşub.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndindən keçən hissəsində qeydə alınıb.

“Mercedes-Benz” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində Saatlı rayonunun Qıraqlı kənd sakini, 1959-cu il təvəllüdlü Ağabəyim Mişdaba qızı Əhmədova ağır xəsarət alaraq Şirvan Rayon Xəstəxanasına yerləşdirilib.

Digər sərnişin yüngül xəsarət aldığından ambulator yardım alıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir