Cəmiyyət

İZİA: “700-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur”

Sharing is caring!


“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının isə hazırda 10 rezidenti və bir qeyri-rezidenti var”.

Oxu.Az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyində 2023-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin idarə heyətinin sədri Seymur Adıgözəlov deyib.

Onun sözlərinə görə, investorlar tərəfindən ümumi olaraq parka 67 milyon manatdan çox investisiyanın yatırılması, 700-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur:

“Bu il Sənaye Parkında bir neçə müəssisənin (iki min tonluq sement terminalının, minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların, müxtəlif növdə yapışqan lentlərin istehsalı müəssisələri) fəaliyyətə başlaması planlaşdırılır. Bu günədək rezidentlər tərəfindən Sənaye Parkına 10 milyon manata yaxın investisiya yatırılıb. Hazırda Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında infrastruktur işləri görülür, inzibati binanın, yarımstansiyanın və su anbarlarının tikintisi aparılır”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir