Cəmiyyət

Kürdəmirdə 52 yaşlı kişi bıçaqlanıb

Sharing is caring!


Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

Bizim.media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, aralarında yaranan mübahisə zamanı rayon sakini 63 yaşlı Elşən İsi oğlu Əhmədov tanışı 52 yaşlı Kərim Urfulla oğlu Vəliyevə bıçaq xəsarəti yetirib.

Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Həkimlər xəstəyə sağ budun deşilmiş, kəsilmiş yarası diaqnozunu qoyublar.

Hadisəni törətməkdə şübhəli bilinən Elşən Əhmədov Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir