Cəmiyyət

Nazirlik və Penitensiar xidmətdən birgə ƏMƏLİYYAT: Avtomat silah aşkarlandı

Sharing is caring!


Fevralın 15-də Ədliyyə Nazirliyi Penitensiar xidməti əməliyyat aparatı Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ilə birgə Balakəndə əməliyyat-axtarış tədbiri keçirilib.

Penitensiar xidmətdən verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində Elşən Zeynəddin oğlu Orucova məxsus bir ədəd “Kalaşnikov” markalı avtomat silah və bir ədəd həmin silaha aid daraq Balakən rayonu Mahamalar kəndi ərazisində aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir