Cəmiyyət

Daha bir müntəzəm marşrut xətti nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək

Sharing is caring!


Daha bir müntəzəm marşrut xətti nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək 

Bu barədə Oxu.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. 

AYNA tərəfindən sərnişindaşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.

Fevralın 17-dən metronun “20 Yanvar” stansiyasını Abşeron rayonunun Masazır kəndi ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı müntəzəm marşrut xətti nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

Qeyd edək ki, “BakuBus” MMC yanvarın 21-dən Bakı-Sumqayıt marşrut xətti üzrə fəaliyyətə başlayan avtobuslarında da ödəniş nağdsız olaraq həyata keçirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir