Cəmiyyət

Sumqayıtda zəncirvari qəza: Yaralılar var – FOTO

Sharing is caring!


Sumqayıtda bir neçə avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi iki nəfərin yaralanması ilə nəticələnib.

“Report” xəbər verir ki, hadisə şəhərin Niyazi küçəsində qeydə alınıb.

“PAZ” markalı avtobusla “Opel” və “Hyundai” markalı avtomobillər toqquşub. Zəncirvari qəza nəticəsində “Hyundai” markalı avtomobilin sürücüsü 1992-ci il təvəllüdlü Ruslan Tağıyev, sərnişin 1985-ci il təvəllüdlü Vüqar Verdiyev xəsarət alıblar.

Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri stabildir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir