Cəmiyyət

Partaları boş qalıb, pis olmuşuq: Zaqatalada ölən məktəblilərin yaxınları danışdılar – VİDEO

Sharing is caring!


Zaqatalanın Göyəm kəndində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölən məktəblilərin yaxınları Baku TV-yə danışıblar.

Həlak olan uşaqların sinif yoldaşı Elnar Qurbanov deyib ki, hadisə baş verən zaman məktəblilər qəzada ağır yaralanan İbrahim İbrahimzadəni yola salmaq üçün gözləyirlərmiş.

“Ramazanla Kamal bu kənddə yaşayırdı. İbrahim isə şəhərdə yaşayırdı. Xalası bizim məktəbdə işlədiyi üçün bura gəlirdi. Hadisə baş verəndə borunun üstündə oturublarmış. Maşın uçub onların olduğu yerə gələndə təkəri çıxıb və uşaqları vurub ”, – deyə o bildirib.

Qeyd edək ki, qəzada ağır xəsarət alan İbrahim İbrahimzadə hazırda Kliniki Tibbi Mərkəzdədir. Onun yaxınlarının sözlərinə görə, İbrahim yaş yarımlıq olanda böyrəyindən əməliyyat keçirib və bir böyrəyini itirib. Bu hadisədə aldığı xəsarətlər isə ona ağır zərbə vurub.

Ətraflı videonu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir