Cəmiyyət

Hacıkənddəki tarixi evlər dağılır? – FOTO

Sharing is caring!


Gəncənin Hacıkənd qəsəbəsində təxminən iki əsr yaşı olan evlər dağılır.

Bunu əks etdirən fotolar sosial şəbəkələrdə yayılıb. Hər daşında, divarında tarix olan bu tikililər indi xarabalığı xatırladır. 

Məlumatlara görə, Hacıkənd qəsəbəsində təxminən 50-dən artıq belə ev olub. Bu tikililərin vaxtilə varlı bəylər tərəfindən inşa olunduğu, sonralar istirahət düşərgələri olması bildirilir. Amma artıq bir çox evlərin izləri belə itib. Digərlərinin divarları, daşları, yarımçıq damları qalıb ki, bu gedişlə onları da bənzər aqibət gözləyir. Uzun illərdən bəri təmir-bərpa işi aparılmayan bu evlər yox olmaq təhlükəsi ilə üz-üzədir. 

“Qafqazinfo” məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edib.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarında ölkə ərazisində olan dünya əhəmiyyətli, ölkə əhəmiyyətli və yerli əhəmiyyətli tarixi abidələr qeyd olunub. Həmin binalar tarixi abidələr kimi qeydiyyata alınmayıb. Yəni o siyahıda deyil. Vaxtilə o binalar Gəncə Dəmir Yol İdarəsinin yay istirahət düşərgəsinin ərazisində yerləşib. Hazırda isə bizdə olan məlumata görə, bu binalar özəlləşdirilib”, – qurumdan bildirilib.

Daha öncə Mədəniyyət Nazirliyi tərəfindən də bu problemlə əlaqədar verilən açıqlamada qeyd edilib ki, həmin binaların heç biri qeydiyyata alınmayıb.

Həmin fotoları təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir