Cəmiyyət

Bakıda ağacların dibini asfaltlayıb, yerində bina tikmək istədilər – FOTO/VİDEO

Sharing is caring!


Bakının Nərimanov rayonunda yeni salınacaq yaşayış kompleksi üçün söküntü işlərinə hazırlıq görülür. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Ətrafda yaşayan sakinlər bildiriblər ki, ərazini hasarlamaq üçün dirəklər ağacların dibinə sancılıb və bitkilərin dibi asfaltlanıb.

İddia olunur ki, ağaclar hasarların arxasında, söküntü ərazisində qalacaq və çıxarılacaq.

Məsələ barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə saxladıq.

Qurumdan Oxu.Az-a bildirilib ki, görüntülərlə bağlı tikinti şirkətinə xəbərdarlıq edilib:

“Hasarın tikintisi dayandırılıb və yerinin dəyişdirilməsi işlərinə başlanılıb. Eyni zamanda, birliyin əməkdaşları tərəfindən ağacların dibi asfaltdan təmizlənib və onlara aqrotexniki qulluq göstərilib”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir