Cəmiyyət

Ağır xəstəlikdən əziyyət çəkən Aydının anası fəryad edir: “O bizim tək övladımızdır” – FOTO

Sharing is caring!


Səkkiz yaşlı Aydın beta-talassemiya xəstəliyindən əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Günay Hüseyinova məlumat verib.

O bildirib ki, övladı artıq 7 ilə yaxındır bu xəstəlikdən əziyyət çəkir.

“Aydının bir yaşı olanda onun beta-talassemiya xəstəliyindən əziyyət çəkdiyini öyrəndik. Həmin gündən bizim çətin dövrlərimiz başladı. Həm müalicə, həm digər xərcləri inanın güclə çatdırırıq. Evdə tək yoldaşım işləyir, Hüseyn isə bizim yeganə övladımızdır. Bu xəstəliyin müalicəsi, əməliyyatı bildiyiniz kimi çox baha başa gəlir. Hazırda bunu qarşılamağa nə maddi imkanımız, nə də dəstəyimiz var. Hazırda müalicələrin ilkin mərhələsi üçün 700 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 363-89-23.

Bank Respublika: 4244 4848 4301 9518.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir