Cəmiyyət

Bakıda 42 yaşlı kişini avtomobil vurub

Sharing is caring!


Bakının Nəsimi rayonunda 42 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Trend” xəbər verir ki, 1982-ci il təvəllüdlü İntiqam Məmmədhadi oğlu Cəyiyev yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir