Cəmiyyət

Lənkəran sakinləri seçkiləri yüksək əhvali-ruhiyyə ilə başa vurublar – FOTO

Sharing is caring!


Lənkəran sakinləri bu gün ölkədə keçirilən növbədənkənar prezident seçkisini yüksək əhvali-ruhiyyə ilə başa vurublar.

“Report”un məlumatına görə, 77 saylı Lənkəran Şəhər Seçki Dairəsində səslər hesablandıqdan və “exit poll” nəticələri elan edildikdən dərhal sonra şəhər sakinləri sevinclərini avtoyürüş keçirməklə bildiriblər.

Dövlət bayraqları ilə şəhər ərazisində şütüyən avtomobillər siqnallar veriblər. Yolboyu izdihama qoşulmaq istəyən sakinlər ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin yenidən Prezident seçilməsini böyük sevgi və coşqu ilə qarşılayıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir