Cəmiyyət

Naxçıvanda qeydiyyata alınan seçicilərin sayı AÇIQLANDI – FOTO

Sharing is caring!


Naxçıvanda 278 mindən çox seçici qeydiyyata alınıb.

“Report” xəbər verir ki, muxtar respublikada seçkiqabağı hazırlıq işləri yekunlaşıb. Məntəqələrin hər birində bütün lazımi hazırlıq işləri başa çatdırılıb.

Naxçıvan Muxtar Respublikasında ümumilikdə altı Dairə Seçki Komissiyası üzrə 310 seçki məntəqəsi mövcuddur. Onlardan 16-sı qapalı məntəqə kimi fəaliyyət göstərəcək. Bütün seçki məntəqələrində seçicilərin rahat, sərbəst, şəffaf şəraitdə səs vermələri, müşahidələrin aparılması üçün hər cür şərait yaradılıb. Məntəqələrdə müşahidə kameraları yerləşdirilib ki, bu kameralar vasitəsilə seçki prosesini canlı izləmək mümkündür.

Muxtar respublikada 17 500-dən artıq sakin ilk dəfə səsvermə hüququndan istifadə edəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir