Cəmiyyət

MDB PA-nın müşahidə missiyası seçkiqabağı hazırlıq prosesini müsbət qiymətləndirib – FOTO

Sharing is caring!


Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının müşahidə missiyası seçkiqabağı hazırlıq prosesini müsbət qiymətləndirib.

Oxu.Az xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyevin MDB PA-nın müşahidə missiyasının rəhbəri, Qazaxıstan Senatının sədr müavini Jakip Asanovun rəhbərlik etdiyi, tərkibinə MDB PA Şurasının Baş katibi Dmitri Kobitskinin və digər rəsmi şəxslərin daxil olduqları nümayəndə heyəti ilə görüşündə bildirilib.

Fevralın 7-nə təyin olunan növbədənkənar prezidenti seçkisinin tarixdə ilk dəfə ölkənin bütün suveren ərazisində keçiriləcəyini və xalq üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayan baş prokuror seçkinin azad və demokratik şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədi ilə görülən işlər, seçki qanunvericiliyinə riayət olunması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr barədə danışıb.

Jakip Asanov, Dmitri Kobistki və digər görüş iştirakçıları müşahidə missiyasının Azərbaycanda olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq, seçkinin yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu və seçkiqabağı hazırlıq prosesini müsbət qiymətləndirdiklərini qeyd edərək bu işdə Mərkəzi Seçki Komissiyası ilə yanaşı, prokurorluq orqanlarının əməyini yüksək qiymətləndiriblər.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir