Mədəniyyət

Seymur Fətəliyev: “Ermənistanda məhv edilən irsimizə dair həqiqətləri dünyaya çatdırmalıyıq”

Sharing is caring!


“Azərbaycanın zəngin tarixi mədəni irsinin bir hissəsi indi Ermənistan ərazisindədir. Bu irs nümunələrinin böyük əksəriyyəti burada yaşayan azərbaycanlıların, o cümlədən digər türk xalqlarının izinin itirilməsi məqsədilə qəsdən dağıdılıb, məhv edilib”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev  “Yaşanılabilən və Dayanıqlı İrs Şəhərləri” (Livable and Sustainable Heritage Cities)  mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, təəssüf ki, bu günə qədər çatan və Ermənistan ərazisində yerləşən abidələrimizin tarixi təhrif olunur:

“Unutmamalıyıq ki, bu irs nümunələri bütün türk xalqlarının milli elementlərini və keyfiyyətlərini özündə ehtiva edir. Bu mənada bütün türkdilli dövlətləri bu irsin qorunmasında, tanıdılmasında və bu abidələrlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycana dəstək olmağa çağırıram. Ermənistanda məhv edilən irsimizə dair həqiqətləri dünyaya çatdırmalıyıq”.

S.Fətəliyev qeyd edib ki, mədəni əlaqələrin genişləndirilməsi yönündə yeni əlaqələrin qurulması və mövcud əlaqələrin daha da möhkəmləndirilməsi prioritet məsələlərdəndir:

“Bu mənada Türk Abidə Menecerləri Şəbəkəsinin yaradılması müvafiq irs abidələrinin daha yaxşı qorunmasına və idarə olunmasına öz töhfəsini verəcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir