Cəmiyyət

Qusarda ev yanıb

Sharing is caring!


Qusar rayonunda yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, rayonun Atlıxan kəndində ümumi sahəsi 170 kvadratmetr olan kürsülü, birmərtəbəli üç otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 kvadratmetr sahədə, dam örtüyü 150 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir