Cəmiyyət

Ticarət və iaşə obyektlərinin qarşındakı parkinqlər qanunidir? – VİDEO

Sharing is caring!


Əksər supermarketlərin qarşısında parklanma yerləri var. Həmçinin parklamaya kömək edən şəxslər ərazidə olurlar. Ancaq bu parklanma yerləri “Azparking” tətbiqinə aid deyil. Bəs bu parkinqlər qanunidirmi? Onların işinə hansı qurum və necə nəzarət edir?

Xezerxeber.az-ın məlumatına görə, ictimai iaşə obyektlərinin əksəriyyətinin qarşısında parkinq üçün yer olsa da, bu, qanunla yox, məhz insanlar tərəfindən tənzimlənir.

Əsasən supermarketlərin qarşısında rastlaşılan bu paklanma nəzarətçiləri deyirlər ki, qiyməti özləri tənzimləmirlər. Amma hər gün bu xidmətə görə qazanc əldə edirlər.

Sürücülər isə bu nəzarətçilərin onlara zərərinin yox, əksinə, daha çox xeyrinin olduğunu bildirirlər. Bunu da özlərinə məxsus şəkildə əsaslandırırlar.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, agentlik yalnız avtomobil yollarının kənarında quraşdırılan parklanma yerlərinə nəzarət edir. 

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir