Dünya

Livanda deputat banka basqın etdi – VİDEO

Sharing is caring!

Livanın müstəqil, müxalifətçi deputatı Sintiya Zarazir paytaxt Beyrutda özəl bank şöbəsinə basqın edib.

Deputat 3 ildir dondurulmuş 8500 dollarlıq əmanəti geri götürə bilməyib.

Livan mətbuatının yazdığına görə, Zarazir əməliyyat xərcləri üçün bankdan pulunu çıxarmaq istəyib. Lakin bank rəsmiləri ödəniş edə bilməyəcəklərini bildiriblər.

Zarazir isə bunun müqabilində pulunu alana qədər filialı tərk etməyəcəyini və fikrində qərarlı olduğunu bildirib.

Qeyd edilir ki, bank rəsmiləri ilə deputat arasında danışıqlar davam edir və hələ ki razılığa gəlinməyib.

Hətta Zarazirə dəstək olmaq üçün bankla problemləri olan çox sayda insan filialın qarşısına toplaşıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir