Cəmiyyət

Sumqayıtda yanğında ana və övladları tüstüdən zəhərləniblər

Sharing is caring!


Sumqayıt şəhərində yerləşən mənzillərin birində baş verən yanğında ana və övladları tüstüdən zəhərləniblər.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 8-ci mikrorayon adlanan ərazisində baş verib.

Belə ki, mənzildə baş verən yanğın nəticəsində 1996-cı il təvəllüdlü Nuranə Zahid qızı Heydərova və onun iki övladı – 2015-ci il təvəllüdlü Nihad İbrahim oğlu Cəbrayılov və 2018-ci il təvəllüdlü Renat İbrahim oğlu Cəbrayılov tüstüdən zəhərləniblər.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir