Cəmiyyət

Bu il qidadan zəhərlənənlərin sayı açıqlandı

Sharing is caring!

“Qida zəhərlənməsi ilə bağlı bu il 573 müraciət daxil olub ki, 873 nəfərin zəhərlənməsi haqqında yanlış informasiya verilib”. 

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında bildirib.

O əlavə edib ki, araşdırma nəticəsində 163 zəhərlənmə faktı təsdiqini tapıb. Bu da mətbuatda yayımlanan zəhərlənmə ilə bağlı məlumatların 20 faizə qədəri deməkdir:

“Yəni 272 nəfərin qida zəhərlənməsinə məruz qaldığı təsdiq olunub. Xahiş edirik ki, qida zəhərlənmələri peşəkar diaqnoz tələb etdiyindən məlumatı yayarkən tələsmək lazım deyil”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir