Cəmiyyət

Azərbaycanda bəzi dəmiryol stansiyalarında yeni alınmış qatarlara dayanacaq veriləcək – FOTO

Sharing is caring!


“Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri, Xırdalan və Qəbələ stansiyalarında yeni alınan “Stadler FLIRT” qatarlarına dayanacaq verilməsi üçün platformalar müvafiq standartlara uyğun yenilənir.

Bu barədə səhmdar cəmiyyəti xəbər verib.

Məlumata görə, bu məqsədlə ikimərtəbəli “KISS” markalı “Stadler” qatarlarının dayanması üçün uyğunlaşdırılmış hündür platformalarda həm də birmərtəbəli “FLIRT” markalı qatarların dayanması, sərnişinlərin rahat düşüb-minməsi və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə hündürlüyü çox olmayan əlavə hissələr tikilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir