Cəmiyyət

Sumqayıtda sexdə yanğın olub – VİDEO

Sharing is caring!


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Sumqayıt şəhəri, İnşaatçılar küçəsində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 250 kvadratmetr olan polietilen tullantılarının təkrar emalı sexində baş verdiyi, yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 3 boksdan ibarət sexin bir boksunda 50 kvadratmetr sahəyə yığılan polietilen tullantıları və 1 ədəd üyütmə dəzgahı yanıb.

Sexin böyük hissəsi yanğından mühafizə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir