Cəmiyyət

Azərbaycanın xaricdə yaradılan seçki məntəqələrinin yerləşdiyi ölkələr məlum olub

Sharing is caring!


Fevralın 7-də baş tutacaq növbədənkənar prezident seçkisi ilə əlaqədar Azərbaycandan kənarda yaradılmış seçki məntəqələrinin yerləşdiyi ölkələrin siyahısı məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, məntəqələrin yerləşdiyi diplomatik nümayəndəlik və konsulluqlar İtaliya, Koreya, Qazaxıstan (Astana, Almatı, Aktau), Qətər, Qırğızıstan, Latviya, Litva, Belçika, BƏƏ (Əbu-Dabi, Dubay), Böyük Britaniya, Çin, Çexiya, Estoniya, Fransa, Gürcüstan (Tbilisi, Batumi), İordaniya, İspaniya, İsveç, İsveçrə (Bern), Niderland, Özbəkistan, Pakistan, Polşa, Almaniya, ABŞ (Vaşinqton, Los-Anceles), Avstriya, Səudiyyə Ərəbistanı, Türkiyə (Ankara – 2 məntəqə, İstanbul – 2 məntəqə, Qars), Türkmənistan, Ukrayna, Yunanıstan, İran (Təbriz), Belarus, Moldova, Macarıstan, Rumıniya və Rusiyadadır (Moskva – 2 məntəqə, Sankt-Peterburq, Yekaterinburq).

Qeyd edək ki, növbədənkənar prezident seçkisində xaricdə olan Azərbaycan vətəndaşları 37 ölkədə təşkil edilmiş 49 seçki məntəqəsində səs verəcəklər.

Səsvermə həmin ölkələrdə yerli vaxtla 08:00-dan 19:00-a qədər keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir