Cəmiyyət

Hasardan tullandı, dəmir barmaqlıqlar mədəsini deşdi – FOTO

Sharing is caring!


Dəmir hasardan aşan zaman ağır xəsarət alan azyaşlı əməliyyat edilib.

Bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

Bildirilib ki,14 yaşlı yeniyetmə 28.01.2024 tarixində qarında, döş qəfəsində kəskin ağrı, boğulma, təngnəfəslik şikayətləri ilə təcili yardım vasitəsilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Yaxınlarının verdiyi məlumata görə, yeniyetmə hasardan aşarkən dəmir barmaqlıqlar qarın nahiyəsinə batıb. Aparılan müayinələr nəticəsində xəstədə qarının daxilə nüfuz etmiş açıq yarası və döş qəfəsində sol tərəfli pnevmo-hemotoraks aşkarlanıb.

Xəstə təcili olaraq əməliyyata götürülüb və əməliyyat zamanı mədənin deşildiyi məlum olub. Həkim-uşaq cərrahı Binnət Sofuyevin iştirakı ilə keçirilən əməliyyat zamanı sol plevra boşluğu torokasintez olunub, drenaj qoyulub. Qarın boşluğunda isə laparotomiya əməliyyat icra edilib.

Hazırda xəstənin vəziyyəti stabildir və müalicəsi davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir