Cəmiyyət

Ağacları tikinti tullantıları ilə qurudurlar: Səbail sakinlərindən ŞİKAYƏT – FOTO

Sharing is caring!


Paytaxtın Səbail rayonunun sakinləri binanın həyətyanı sahəsindən istifadə edə bilmədiklərini deyirlər.

Onlar bununla bağlı şikayətlərini Oxu.Az-ın redaksiyasına ünvanlayıblar.

Sakinlər bildirirlər ki, binanın yaşıllıq sahəsi bərbad hala salınıb:

“Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 31 ünvanında beşmərtəbəli binanın qapalı həyətyanı sahəsindən sakinlər rahat şəkildə istifadə edə bilmirlər.

Həyətin keçən əsrin 30-cu illərində salınmış yaşıllıq sahəsi bərbad vəziyyətdədir. Ora zibil və tikinti tullantıları ilə doldurulub və təmizlənmir. Həmin ərazidə olan şam və digər növ ağaclar quruyur”.

Sakinlər problemlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdiklərini vurğulayıblar:

“İcraya müraciət etdik. Gəlib baxış keçirdilər. Ancaq bu günə kimi heç bir abadlıq işi görülməyib.

Xahiş edirik, həyətyanı sahədə abadlıq işlərinin aparılması, mövcud ağacların qorunması və yeni ağacların əkilməsi ilə bağlı aidiyyəti qurumlar bizə köməklik etsinlər”.

Ərazinin durumunu əks etdirən fotoları təqdim edirik:

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir