Siyasət

Bakıda İƏT-in Baş prokurorlarının 4-cü iclası keçirilir

Sharing is caring!


Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclası keçirilir.

“Report” xəbər verir ki, iclasda İƏT Baş katibinin müavini, Türkiyə, Özbəkistan, İran, Qazaxıstan, Qırğız, Tacikistanın Baş prokurorları, Türkiyənin Ədliyyə nazirinin və Türkmənistan Baş prokurorunun müavininin rəhbərlik etdikləri nümayəndə heyətləri, Azərbaycanın İrandakı səfiri, İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Əli Əlizadə iştirak edirlər.

Baş prokuror Kamran Əliyev İƏT-in 4-cü iclasının müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsini tarixi hadisə adlandıraraq ulu öndərin İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə daim önəm verdiyini diqqətə çatdırıb: “Bu gün Azərbaycanla İƏT arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə inkşaf etməsi məhz dahi şəxsiyyətin uzaqgörən siyasətinin nəticəsidir”.

O bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Azərbaycan Prokurorluğu beynəlxalq tərəfdaşlarla və nüfuzlu təşkilatlarla səmərəli əməkdaşlığını davam etdirir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir