Cəmiyyət

Xankəndidə 23 nəfər işlə təmin olundu

Sharing is caring!


“Xankəndi şəhərində sahibkarlığın inkişafı ilə bağlı biz sahibkarlıq subyektlərinə müraciət etmişdik”.

Axar.az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin 2023-cü il ərzində fəaliyyətinə və qarşıda duran vəzifələrə dair mətbuat konfransında xidmət rəisi Mətin Eynullayev deyib.

O bildirib ki, bu günə qədər ümumilikdə 107 mülki və fiziki şəxsin müraciəti daxil olub.

“Xankəndidə iki yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayıb. Mobil-operator və çörəkbişirmə sexi artıq fəaliyyət göstərir. Həmin obyektlərdə 23 nəfər işlə təmin olunub. Onlardan 5-i (22%-i) məcburi köçkündür”, – deyə xidmət rəisi qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir