Cəmiyyət

Müşfiqabad qəsəbəsində acınacaqlı vəziyyət – ŞİKAYƏT + VİDEO

Sharing is caring!


Abşeron rayonu Müşfiqabad qəsəbəsinin sakinləri bir çox problemləri ilə bağlı şikayətlərinə cavab almadıqlarından gileylənirlər.

Qəsəbə sakini Fariz Səftərov şikayətlərini Oxu.Az-ın redaksiyasına ünvanlayıb.

Sakin qəsəbə ərazisində acınacaqlı vəziyyətin hökm sürdüyünü bildirib:

“12 ildir ki, bu qəsəbədə yaşayıram. Acınacaqlı hal hökm sürür. “Kərpic zavod” deyilən ərazidə ümumiyyətlə yol və məktəb yoxdur. Müşfiqabad böyük qəsəbədir. Evlər çoxdur, günü-gündən də artır. Lakin yol bərbad vəziyyətdədir. Bu boyda ərazidə məktəb yoxdur. Uşaqları məktəbə Müşfiq, 28 May qəsəbəsinə aparırıq.

Ümumiyyətlə yol pis gündədir. Yerimək mümkün deyil. Maşınla gedə bilirsənsə, gedirsən. İllərdir bu şərait hökm sürür. 12 ildir burada yaşayıram. Eyni vəziyyətdir. Su, qaz, işıq yaxşıdır. Yol bərbad vəziyyətdədir. Çox şikayət etmişik, nəticə yoxdur”.

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir