Cəmiyyət

Həmid Herisçi bir neçə günə evə buraxılacaq – AÇIQLAMA

Sharing is caring!


Aparıcı Həmid Herisçinin müalicələri davam etdirilir.

Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçinin müalicəsi Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanada davam etdirilir. Vəziyyəti qənaətbəxşdir. Bir neçə gün sonra ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub”.

Xatırladaq ki, aparıcı Həmid Herisçi qızılcaya yoluxub. O, bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir