Cəmiyyət

Sahibkarlığın inkişafı üçün yeni imkan: Əhalinin yatırım etmək imkanları genişlənəcək – VİDEO

Sharing is caring!


Azərbaycanda əhalinin yatırım etmək imkanları genişləndiriləcək.

Belə ki, Mərkəzi Bankın 2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf strategiyasında vətəndaşların səhm və istiqrazlara sərmayələrinin azı bir milyard manata çatdırılması nəzərdə tutulub.

Hazırda əhalinin bu istiqamətdə yatırımları cəmi 150 milyon manatdır.

Bəs əhalinin investisiya imkanlarının artırılmasının əhəmiyyəti nə olacaq?

İqtisadçı Eyyub Kərimli deyir ki, ölkədə alternativ passiv gəlir imkanları yaranacaq:

“Bu da ölkədə sahibkarlığın inkişafına çox mühüm fayda verəcək. Bundan başqa, milyardlarla manatıq yığımların dövriyyəyə girməsinə, iqtisadi dəyər yaranmasına çox əhəmiyyətli təsirləri olacaq”.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir