Dünya

Tailandda evlərdə kabusların olub-olmadığını yoxlayan şirkət açılıb

Sharing is caring!


Tailandın Çianqmay şəhərində iki tələbə – 20 yaşlı Uifey Çenq və Setthavut Bunprakhonq evlərdə kabusların və digər paronormal varlıqların mövcud olmamasının sertifikasiyası üzrə biznes açıblar.

Gənclər göstərdikləri xidmətlə bağlı elan yerləşdiriblər. Onların xidməti kabusların mövcud ola biləcəyi otaqda, məsələn, bir müddət əvvəl bir insanın öldüyü bir mənzildə gecələməkdən ibarətdir.

Otaqda gecələdikdən sonra onlar paronormal varlıqlara rast gəlməyiblərsə, tələbələr müəyyən məbləğ müqabilində yerin sahibinə ruhların mövcud olmamasına dair arayış verirlər.

Bunprakhonq bildirib ki, o, ruhlardan qorxur və bu cür iş onun qorxusuna qalib gəlmək və hər kəsə kabusların olmadığını sübut etmək üçün ən yaxşı yoldur. Gənc oğlan onu da əlavə edib ki, yanında talisman gəzdirir və o, təhlükə anında onu paronormal varlıqlardan qoruyacağına inanır.

Mənbə: octagon.media

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir