Cəmiyyət

Oğuzda 57 yaşlı kişi evində ölü tapılıb

Sharing is caring!


Oğuzda 57 yaşlı kişi evində ölü tapılıb.

“Report”un məlumatına görə, hadisə şəhər ərazisində yerləşən həyət evlərindən birində qeydə alınıb.

Belə ki, həmin ünvanda tək yaşayan 1967-ci il təvəllüdlü Elşən Ənvər oğlu İbrahimovdan bir neçə gün xəbər gəlmədiyi üçün yaxınları polisə müraciət ediblər. Evə baxış zamanı 57 yaşlı E.İbrahimovun meyiti aşkar olunub.

Məlumata görə, E.İbrahimov evdə tək yaşayıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir